Qasparyana qoşulanlar ordudan uzaqlaşdırılır - “Hraparak“

saytların hazırlanması

Evə çatdırılma

Qasparyana qoşulanlar ordudan uzaqlaşdırılır - “Hraparak“

Rəsmi

24 Fevral 2022 11:50 797


"Hakimiyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın Ermənistanın baş nazirinin istefasını tələb edən bəyanatına qoşulan idarə rəislərindən, generallardan qurtulmaqda davam edir".

Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Erməni nəşri qeyd edir: "2022-ci il fevralın 18-də prezident səlahiyyətlərini icra edən Alen Simonyan Baş nazirin təklifi ilə Romik Marqaryanın Ermənistan silahlı qüvvələrinin maddi-texniki təminat idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Dördpendirli pizza

Bir il əvvəl, 2021-ci il fevralın 25-də Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı bəyanat yayıb:

Ermənistanın Baş naziri və hökuməti kritik və taleyüklü vəziyyətdə adekvat qərarlar qəbul etmək iqtidarında deyil. Uzun müddət silahlı qüvvələri onu gözdən salmağa yönəlmiş hazırkı hakimiyyətin şifahi hücumlarına səbirlə dözüb, lakin hər şeyin öz həddi var. Silahlı qüvvələr üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi.

Mövcud hakimiyyətin səmərəsiz idarəçiliyi, xarici siyasətdəki ən ciddi səhvlər ölkəni iflasa uğratmaq həddinə çatdırıb. Silahlı qüvvələr Ermənistan Respublikasının baş naziri və hökumətinin istefasını tələb edir. 

Bəyanatı Müdafiə Nazirliyinin bir sıra rəsmiləri, o cümlədən Ermənistan ordusunun iarəsinin rəisi, general-mayor Romik Marqaryan imzalayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!