"Qatar Airways" (Qətər Hava Yolları) İsrailin İrana gözlənilən hücumu fonunda İraq, İran və Livana uçuşları dayandırıb.
Yenisabah.az The Times of Israel-ə istinadla xəbər verir ki, aviaşirkətin açıqlamasında deyilir:
"Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar olaraq, "Qatar Airways" İraq, İran və Livana uçuşları qeyri-müəyyən müddətə dayandırıb". pizza sifarişi
"İordaniyanın paytaxtı Əmmana uçuşlar yalnız gündüz saatlarında həyata keçiriləcək", - aviaşirkət qeyd edib.
Oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə çoxlu sayda raket zərbəsi endirib. İsrail ordusu hücuma lazım bildiyi zaman cavab verəcəklərini bildirib.
Telegram kanalımız