Qatarlara daş atıldı, sərnişinlərin həyatına təhlükə yarandı

saytların hazırlanması

Evə çatdırılma

Qatarlara daş atıldı, sərnişinlərin həyatına təhlükə yarandı

Hadisə

30 Yanvar 2025 19:01 348


2024-cü ildə hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb. Marqarita pizza

Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.

“ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, - deyə qurumun məlumatında vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!