Qatil balinalardan gözlənilməz jest – Qayıqlara “hədiyyə”

saytların hazırlanması

Evə çatdırılma

Qatil balinalardan gözlənilməz jest – Qayıqlara “hədiyyə”

Dünya

10 İyul 2025 12:12 248


Son zamanlar elmi dairələrdə və sosial mediada maraqlı bir müşahidə müzakirə olunur: Orca (xalq arasında "katil balina" kimi tanınan) balinalar dənizdə insanlara müxtəlif obyektləri, xüsusilə, ölü balıqları "hədiyyə" gətirir. Bu qeyri-adi davranış alimləri düşündürməyə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu hadisə Norveç sahillərində bir neçə dəfə müşahidə olunub. "Orca Norway" adlı müşahidə təşkilatının bildirdiyinə görə, balinalar suyun üzərinə çıxaraq qayığa yaxınlaşır və ölü balıq, qartmaq, hətta dəniz canlılarının qalıqlarını insanlara doğru itələyir. 

Mütəxəssislər isə bu davranışın arxasında müxtəlif səbəblərin dayana biləcəyini bildirirlər. Bəziləri bunu "oyun" və ya "ünsiyyət qurma cəhdi" kimi qiymətləndirir. Bəziləri isə düşünür ki, bu davranış orcaların insanlara maraq göstərdiyinin və ya “ünsiyyət vasitəsi” axtardığının göstəricisidir. pizza

Məlumatlara görə, bu davranışı ilk olaraq "White Gladis" adlı dişi orca nümayiş etdirib. Onun son zamanlar insanlarla təmasda olduqdan sonra bu vərdişi digər balinalara da keçirdiyi iddia olunur. Hətta bəzi nəzəriyyələrə görə, bu balina bir növ "nüfuz sahibi"dir və sürünün digər üzvlərinə təsir edir.

Alimlər bildirirlər ki, bu davranış nadir hal olsa da, orcaların yüksək sosial quruluşa malik olduğunu və bir çox hərəkəti öyrənərək təkrarladığını sübut edir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!