Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Qattuzo İtaliya millisinin baş məşqçisi təyin edildi

İdman

15 İyun 2025 18:22 607


2006-cı ilin dünya çempionu Cennaro Qattuzo İtaliya milli futbol komandasının baş məşqçisi təyin edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.

O, bu postda 2023-cü ildən rəhbərlik edən Luçano Spalettini əvəz edib. Sezar pizza

"Qattuzo İtaliya futbolunun simvoludur. Onun motivasiyası, peşəkarlığı və təcrübəsi milli komandanın qarşıdakı tapşırıqların öhdəsindən ən yaxşı şəkildə gəlmək üçün əsas olacaq. Əldə etmək istədiyimiz məqsədin vacibliyini dərk edərək, ona bu çağırışı qəbul etdiyi üçün təşəkkür edirəm", - deyə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!