Qaxa 15 sm qar yağdı - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Qaxa 15 sm qar yağdı - Faktiki hava

Sosial

17 Mart 2020 16:31 799


Ölkə ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən xəbərə görə, martın  17-si gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən yağıntının miqdarı Bakıda 0.4, Sumqayıtda 0.3, Zabrat, Maştağada  0.1, Astara, Lənkəranda 9, Yardımlıda 4, Biləsuvar, Lerikdə 1, Balakəndə 34, Zaqatalada 31, Sarıbaşda (Qax) 26, Şəkidə 21, Qəbələdə 19, Oğuzda 16, Kişçayda (Şəki) 13, Şamaxıda 8, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Xınalıqda 2, Xaçmaz, Şahdağda 1, Mingəçevirdə 12, Göyçayda 8, Kürdəmirdə 7, Bərdədə 6, Yevlaxda 4, Zərdab, Beyləqanda 3, Sabirabadda 2, Ceyrançöl, Cəfərxan, Ağsu, Qazıməmməddə 1, Ağdam, Gəncə, Tərtər, Naftalanda 6, Şəmkirdə 3, Tovuzda 2, Göygöldə 14, Daşkəsən, Gədəbəydə 12, Sədərəkdə 5, Naxçıvanda 4, Şahbuz, Ağdərədə 3, Şərur, Ordubadda 1 mm olub. pizza

Sumqayıt, Göygöl, Naftalan, Qrız, Tərtər, Bərdə, Qəbələ, Göyçay, Lerikdə duman müşahidə olunub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 15, Daşkəsəndə 14, Şahdağda 9, Xınalıqda 6, Göygöldə 3, Gədəbəydə 2, Altıağac, Xaltan, Kişçayda (Şəki) 1 sm-ə çatıb.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Maştağa və Naftalanda 30 m/s, Bakıda 29 m/s, Neftçalada 26 m/s, Salyanda 25 m/s, Pirallahı və Sumqayıtda 24 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Xaçmazda 16 m/s, Ağstafa və Zabratda 20 m/s, Çilov adası və Neft Daşlarında 25 m/s-dək güclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!