Qaxda 30 yaşlı qadın itkin düşüb - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qaxda 30 yaşlı qadın itkin düşüb - Foto

Hadisə

02 Dekabr 2019 18:40 1012


Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib. pizza mizza

B.Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli gödəkcə, ayağında isə idman ayaqqabısı olub.

Yaxınları B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət ediblər. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!