Qaxda 6 otaqlı evdə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Qaxda 6 otaqlı evdə yanğın oldu

Hadisə

14 Yanvar 2024 20:53 510


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Toyuqlu pizza

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Evin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!