Qaxda ana və azyaşlı övladı ocaqda yandı 

saytların hazırlanması

Evə çatdırılma

Qaxda ana və azyaşlı övladı ocaqda yandı 

Hadisə

26 May 2023 12:58 820


Qax rayonunda ana və azyaşlı övladı ocaq qalamaq istəyərkən yanıq xəsarətləri alıblar. 

Yenisabah.az-ın məlumatına görə, hadisə rayonun Marsan kəndində baş verib.

Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Nəsibə Vahid qızı Məmmədova əlində olan benzin butulkası ilə ocaq qalamaq istəyib. pizza hut

Bu zaman ehtiyatsızliqdan əlindəki benzin dolu butulka alışıb.

Nəticədə 29 yaşlı N.Məmmədova və həmin vaxt yanında olan övladı, 2017-ci il təvəllüdlü Raziyyə Məmmədli yanıq xəsarətləri alıblar.

Xəsarət alan ana və qızı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!