Qaxda axtarışda olan narkotacir tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qaxda axtarışda olan narkotacir tutuldu

Kriminal

13 Fevral 2022 09:28 678


Qaxda axtarışda olan narkotacir tutulub.

Yenisabah.az DİN-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bu, Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan edilmiş Səxavət Əliyevdir.

 İlkin araşdırma zamanı onun Şəki rayonundan Qaxa gələrək burada narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O, ifadəsində əməlini etiraf edib və narkotik vasitəni Ağyazı kəndi ərazisindəki körpünün altında gizlətdiyini bildirib. S.Əliyevin də iştirakı ilə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan sellofan torbada, eləcə də kibrit qutularında ümumi çəkisi yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.  Dominos pizza

Faktla bağlı cinayət işi başlanılıb.

S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!