Qaxda bir ailənin həlak olduğu dəhşətli qəzanın DETALLARI

saytların hazırlanması

Evə çatdırılma

Qaxda bir ailənin həlak olduğu dəhşətli qəzanın DETALLARI

Hadisə

30 İyun 2024 23:37 1014


Qaxda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

Belə ki, iyunun 29-da Şəkidən Balakənə qohumlarının yanına xəstə ziyarətinə gedən ailənin olduğu avtomobil dəhşətli qəzaya uğrayıb.

Mərhum Həbib Qurbanovun dostu Nicat Musayevin sözlərinə görə, mərhum həyat yoldaşı ilə sinif yoldaşı olub: Dördpendirli pizza

"Həbib Türkiyəyə oxumağa getmişdi, ardınca hərbi xidmətə yollandı. Yoldaşı mərhum Aygün Qurbanova uzun illər onu gözləyib. Qismət elə gətirdi ki, birlikdə böyüdülər və birlikdə vəfat etdilər".

Qeyd edək ki, rayon ərazisində "Ford" və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri, VAZ-ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanova həlak olublar.

Qəza zamanı onların iki azyaşlı övladı xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!