Qaxda çayxanada ölüm hadisəsi baş verdi

Qaxda çayxanada ölüm hadisəsi baş verdi

Hadisə Veb saytların hazırlanması

26 May 2023 00:38 709


Qaxda çayxanada ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Qax şəhər ərazisindəki çayxanaların birində baş verib.

1977-ci il təvəllüdlü Qax şəhər sakini İlham Adil oğlu Nəzərovun çayxanada çay içən zaman halı pisləşib.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılsa da, İ.Nəzərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. İ.Nəzərovun ölümünün dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, İ.Nəzərov Qax incəsənət məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!