Qaxda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qaxda həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

Kriminal

15 İyul 2021 21:54 885


Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Ləkit kənd sakini Fikrət Zabit oğlu Saadovu bıçaqlayaraq hadisə yerindən qaçan Fərman Maqsudov sübhəli şəxs qismində saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Şəki Regional Qrupundan bildirilib.

Qeyd edək ki, iyulun 14-ü axşam 23 radələrində rayon Ləkit kənd ərazisində F. Saadovla F. Maqsudov arasında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı F.Maqsudov üzərində olan bıçaqla F. Saadovun döş qəfəsinin sol nahiyəsindən bıçaqlayıb. Dominos pizza

Bıçaq yarası xəsarəti alan F.Saadova Qax Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Qax rayon PŞ-də araşdırma aparılır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!