Qaxda istirahət cərimə ilə nəticələndi

saytların hazırlanması

Evə çatdırılma

Qaxda istirahət cərimə ilə nəticələndi

Kriminal

13 İyul 2020 16:52 1013


Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  sərtləşdirilmiş karantin rejimi elan olunan rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə,  polis  əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazələri olmadan və yaxud iş üçün icazələri olsa da, Qax rayonuna istirahət məqsədilə gələn şəxslər müəyyən edilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. pizza

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!