Qax rayonunda maşın təmiri sexlərində yanğın baş verib.
APA-nın məlumatına görə, saat 23 radələrində Qax şəhəri Natəvan küçəsində fəaliyyət göstərən maşın təmiri sexlərində yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Dominos pizza
Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.
Telegram kanalımız