Qaxda polis şəhid ailələrini ziyarət etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qaxda polis şəhid ailələrini ziyarət etdi - Fotolar

Rəsmi

25 Sentyabr 2021 20:22 951


Qax Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailə üzvlərini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları görüş zamanı ailələrin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışıb, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.

Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Toyuqlu pizza

Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!