Qaxda qadın avtomobili ağaca çırpdı: İki aylıq körpə hadisə yerində öldü

saytların hazırlanması

Evə çatdırılma

Qaxda qadın avtomobili ağaca çırpdı: İki aylıq körpə hadisə yerində öldü

Hadisə

12 Noyabr 2024 21:50 1185


Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib.

Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Dördpendirli pizza

Nəticədə avtomobildə olan sürücünün baldızı, 2001-ci il təvəllüdlü Abbasova Nuranə Elçin qızı xəsarət alıb. Onun iki ay yarımlıq körpəsi isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Sürücü G. Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!