Qaxda yol polisi reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Qaxda yol polisi reyd keçirdi

Rəsmi

14 Mart 2022 19:50 865


Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu yollarda reyd keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı 30-dan artıq avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. pizza

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati protokol tərtib olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!