Qayınana böyrəyini kürəkəninə bağışladı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Qayınana böyrəyini kürəkəninə bağışladı - Azərbaycanda

Sosial

26 Sentyabr 2019 12:59 1230


Azərbaycanda qayınana böyrəyini kürəkəninə bağışlayıb.

“Yeni Sabah” xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) "Report"a verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kişiyə 54 yaşlı qaynanasının böyrəyi köçürülüb. 

Əməliyyat mərkəzin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib. pizza

Cərrah olan Rəşad Şolan deyib ki, pasiyent illərdir əziyyətli hemodializ senaslar alırdı və bu da onun orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü: "Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi. Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı – böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi! Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik. Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə yaxşı vəziyyətdə yazıldılar. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək. Bu hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı, yaxın etdi!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!