“Qayınana-gəlin mövzusu yığışdırılsın” - Afaq Bəşirqızı əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qayınana-gəlin mövzusu yığışdırılsın” - Afaq Bəşirqızı əsəbiləşdi

Şou

15 Yanvar 2025 17:00 213


Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində iştirakçılara əsəbiləşib.

Yenisabah.az xəbər verir ki, aktrisa iştirakçıların qayınana-gəlin mövzusunda səhnə hazırlamasını tənqid edib:

"Qayınana-gəlin problemini siz gənclər etməyin. Bizim nəsil bunu gördü. Siz gənc nəsil qlobal problemi yada salmayın. Bu mövzu aradan götürülsün. Bu qədər qayınana-gəlin mövzusu olmaz". Marqarita pizza

A.Bəşirqızı daha sonra bölgələrdə gənclərə film və teatr sahəsində məsləhət verənlərin olmamasından şikayətlənib:

"Uşaqların halına acıyıram. İstər maddi, istər mənəvi, istərsə də fiziki tərəfdən əziyyət çəkirlər. O boyda rayondan gəlib incəsənət universitetini bitirənlər var. Teatr, film işini bilən yoxdur desin bunu belə edin?"./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!