Qaz limiti ilə bağlı mühüm xəbər

Qaz limiti ilə bağlı mühüm xəbər

Sosial Veb saytların hazırlanması

26 Yanvar 2023 16:38 45580


Qaz limiti ilə bağlı Milli Məclisdə dinləmələrin keçirilməsi təklif olunur.

Bunu deputat Nəsib Məhəməliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, qaz limiti ilə bağlı insanlar çoxsaylı müraciətlər edirlər.

"Bəlkə, yaz sessiyası çərçivəsində biz qaz istehsalçıları ilə fikir mübadiləsi aparaq? Hesab edirəm biz onlara əhalinin bu sahədə problemini bildirməliyik ki, onlar da özləri üçün strateji plan müəyyən etsinlər, parlamentin bu sahədə mövqeyini bilsinlər", - deyə deputat əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!