Qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Qaz olmayacaq

Sosial

20 Sentyabr 2019 09:00 1342


Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik “Şəhər-4” orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. 

“Azəriqaz”dan “Yeni Sabah”a verilən məlumata görə, bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa, “Qaz İxrac” İdarəsinin balansında olan “Bəydilli” ölçü qovşağında bir sıra quraşdırma işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb. İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat 10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!