Qaz partlayışında dəymiş zərəri kim ödəyəcək? - “Ekspertiza təyin olunacaq”

saytların hazırlanması

Evə çatdırılma

Qaz partlayışında dəymiş zərəri kim ödəyəcək? - “Ekspertiza təyin olunacaq”

Sosial

28 Avqust 2025 17:18 686


"Belə hadisələr müxtəlif səbəblərdən ola bilər. Partlayışın hər hansı bir şəxsin təqsiri ucbatından, yaxud qaz xətlərində olan müəyyən nöqsanlardan, tutalım, sızmadan baş verməsi mümkündür”.

Bu sözləri “Yeni Sabah”a vəkil Anar Qasımlı deyib.

O qeyd edib ki, qanunvericiliyə görə, qaz yüksək təhlükə mənbəyi sayıldığı üçün bu halda vətəndaşlara dəymiş zərəri vuran şəxs, yaxud qurum ödəyir: pizza hut

“Təbii ki, istintaq və yekunda müvafiq ekspertizalar təyin olunub rəylər alınacaq. Ola bilər ki, hadisədə qaz istismar idarəsinin təqsiri müəyən olunsunr. Tutaq ki, xəttə vaxtı-vaxtında qulluq edilməyib, baxış keçirilməyib və ya nöqsan aradan qaldırılmayıb.

Hansısa qaz istismar idarəsinin təqsirli olduğu açkarlanarsa, bu halda vətəndaşlara dəymiş zərəri həmin idarə ödəyir. Mənzil sakini müraciətlə öz haqlarını məhkəmə vasitəsi ilə tələb edə və kompensasiya ala bilər”. 

Hüquqşünas diqqətə çatdırıb ki, hər hansı bir sakinin qazla ehtiyatsız davranması, istismar qaydalarına düzgün riayət etməməsi nəticəsində də partlayış baş verə bilər. Bu halda, partlayışda təqsirkar dəymiş zərərin maddi məsuliyyətini daşıyır:

“Bu halda, şəxs həm cinayət məsuliyyəti, həm də maddi məsuliyyət daşıya bilər.

İndiki məqamda mənzillərin sığortalanması məsələsi yenə gündəmə gəlmiş olur. Bəzən vətəndaşlar buna etinasız yanaşırlar və mənzillərini sığorta etdirmirlər. Halbuki orada hansısa mənzil sığortalanıbsa, o mənzillərə dəyən zərər sığorta şirkəti tərəfindən qarşılanacaq”.

Xatırladaq: Avqustun 28-i paytaxtın Nizami rayonundakı Əli Vəliyev küçəsində partlayış, ilkin ehtimala görə, qaz sızması nəticəsində baş verib.

Hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində birotaqlı mənzildə olub. Ağır xəsarət alan və həyatını itirən olmayıb, lakin binanın birinci girişinin dörd və beşinci mərtəbələri qəzalı vəziyyətə düşüb. 

Birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb. Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!