Qaz və işıq limitləri ləğv olunur! – DEPUTAT

saytların hazırlanması

Evə çatdırılma

Qaz və işıq limitləri ləğv olunur! – DEPUTAT

Sosial

27 Avqust 2025 16:54 93841


Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Bu, Milli Məclisdə qəbul edilən “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunlarda öz əksini tapıb.

Sözügedən qanunlara əsasən, istehlakçılar qaz və elektrik enerjisi təchizatı sisteminə qoşulan bütün sayğaclara görə aylıq 1 manat sabit tarif ödəməli olacaqlar. Yəni qaz və elektrik enerjisi işlətdin-işlətmədin sabit tarifi aybaay ödəmək lazım gələcək. Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi gündəmə gələ bilərmi? Sezar pizza

Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib.

Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200 – 2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Busaat.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, “Elektroenergetika haqqında” və “Qaz təchizatı” qanunları dövlət başçısının fərmanı ilə təsdiq olunub:

“Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq”.

Deputat qeyd edib ki, buna baxmayaraq, sabit tarifin tətbiqi heç də aylıq limitlərin ləğvi kimi başa düşülməməlidir:

“Qaz və işıq üçün limitlər qüvvədədir və abonentlər istifadə etdiyi enerjinin həcmindən asılı olaraq müəyyən limitlər çərçivəsində müəyyən olunmuş tariflə borcunu ödəyəcəklər. Amma çox istəyərdik ki, limitlər ləğv olunsun və bütün vətəndaşlar üçün məqbul orta bir tarif müəyyənləşsin. Bu da limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nəzrin
    Təssüf
    8 months ago
  • Natiq
    Her kes yazib ki limit legv olsun. Olan deyil yenede qalxacaq yenede ayri ayri qerarlar qebul olunacaq ve elbetde ki bu xalqin xeyirine hec vaxt olmayacaq
    8 months ago
  • Samir
    Harda yazılıb ki ləğv olunur? Niyə yalan məlumatlae yayırsız?
    8 months ago
  • Z
    Mən də deyirəm nə əcəb camaata xeyir olan iş görürlər.
    8 months ago
  • Beko
    Hələ azmış kimi birdə üstünə 1 manat alacaqlar. Hər qış təkcə işığa görə 110-120 azn ödəniş edirəm. Amma soruşan yoxdur ki işləyirsən ya yox.
    9 months ago
  • Adil
    Dünən Azərişiq a milliÖn vasitəsilə pul yüklədim, pul getdi, qəbz də verdi. Amma,MilliÖn onu mənimsədi, azərişiq karta yükləmədi. Vətəndaşlar çoxu bu halla rast gəlir, ən çox da Sumqayıtda. MilliÖnə müraciət etmişəm, niyə karıma milliÖn pula alıb, kartıma köçürməyib ki, işiqimi aktiv edin. Gördülər, bilirəm, yazdılar ki, narahat olmayın gün ərzində azərişiq kartınıza sizin pulunuz oturacaq. 2 gündür, hələ də köçürmür mənim azərişıq kartıma.
    9 months ago
  • Emil
    Yaxşı, bəs görəsən bu xalqın xeyrinə hansısa bir qərar, bir təşəbbüs irəli sürəcəklər?!
    9 months ago
  • Nicat
    Limit leğv olunmursa xeber başlığına niye yalan sözler yazırsız
    9 months ago
  • Aytən
    Ölün. Nə vaxt millətin xeyrinə qərar vermisiz ki. Qan qusmuşlar
    9 months ago
  • Namiq
    Heçnə də olmayacaq belə gəlib belə də gedəcək
    9 months ago
  • Amil
    Buda milli məclise seçdiyimiz teputatlardan biri. Xalqin mənfəətlərini göz önənə getirmekdense qalqin cibində olan 1 manat göz dikir. Haminizin haram xoşu olsun
    9 months ago
  • Ziya
    biz qazı işığı başqa ölkədən alsaq, onda limit başa düşülən olardı, öz məhsulumuzu limitlə işlətmək, mənə çatmır də.
    9 months ago
  • Chinara
    Yaxşı olarki limit legv olunsun maaş qalxmır amma butun ödenislee erzaqlar qalxir diqete alinmalidi qaz olkemizde var eyer basqa ölkədən alinsa limiti basa dusmek olar amma bu bizim sərvətimizdir hec qaz satılan qonşu ölkələrdə hec limit yoxdur cox tesuf..
    9 months ago
  • Mahmudova səadət
    Limit ləvğ olunsun . Bu ne demekdi bilmirik eynimize alaq bilmirik qarnimizi alaq yoxsa limit fikirlesek 5 manat vursan qaza 2 manat düşmür heç bele yeyinti olar. Toxun acdan xeberi yoxdu varsada gözün yumur
    9 months ago
  • Elşən
    Xalq deyir ki , qaz limiti ləğv olunsun rayonda kəntdə yaşayanlar az pul ödədim . bunlar da deyir ki ləğv edəcək amma bütün Azərbaycan xalqının belini qıracıx . Bunlarda hardadı o insaf ki , xarici ölkəyə satdığı qiymətə xalqa satsınlar ermənilərə pulsuz olar pensiya verə bilirlər amma xalqa gözləri yumulur
    9 months ago
  • Meryem
    Heç bu deputat dediklərini anlayırmı.Camaatın yaşamını yüngülləşdirəsi, daha da ağırlaşdırirlar. Neft,qaz ölkəsində olan vəziyyətə. Maaşlarda artsı da niyə artmır
    9 months ago
  • Azer
    Maşş galdirmayin her şeyi galdirin deyin olde deyirlərki gedin ölkədən Rusiya müharibə olsada komunalar guzeşt edir bizde isə sosial vərmə komek eleme hele ancaq yığın Aparucugsuz atanlardan
    9 months ago
  • İzzat
    Haraminiz olsun gan qüsasiz. Xeyr işlərə xərcləyəməyin ağir xəstəliklərə düçar olasız dərdinizə dərman tapilmasin.
    9 months ago
  • Huseynov Yasar ismayil
    Afrikada yeni qanun
    9 months ago
  • Elnur
    Haram xoşları olsun bezmişik sürünməkdən dahada sürünməyə məcbur edirlər xəsdəliklərinizə qismət olsun kasıblardan yığğdıqlarnız pullar
    9 months ago
  • Ruslan
    Haram xoşuvuz olsun heç yeye bilmeysesiz o pulları
    9 months ago
  • Ruslan
    Haram xoşuvuz olsun heç yeye bilmeysesiz o pulları
    9 months ago
  • SÜBHAN
    Limitlər ləgv olunsa minnətdar olarıq
    9 months ago
  • Tural
    Limitlərin ləğvi və ortaq məxrəcə gətirilməsi aşağı təbəqənin büdcəsinə ziyan olacaq.Aşağı təbəqə onsuzda limitləri keçmir,ekonom rejimdə yaşayır məcburən.
    9 months ago
  • Sahib
    Əhaliyə etdiyiniz bu zülüm sizə xəstəliklərlə geri qayıtsın. Pulunuzu ya xəstəliyə xərcləyəsiz, ya da xəstə olduğunuz üçün yeyə bilməyəsiz.
    9 months ago
  • Ləman
    Salam hər vaxtınız xeyir olsun.Bir tərəfdən ona görə yaxşı qərardı ki,bəzi insanlar levi qaz levi ışıq işlədir.Ən azı illik işlətdiyi qanunsuz ışığın qazın pulu çıxar.(Edənlər var)
    9 months ago
  • Ayşən
    Limitləri ləğv etsinlər. Onsuz da əhali komunal ödənişlərin,internetin pulunu çatdıra bilmir,hələ limiti də keçdisə gəl indi maaşı çatdır
    9 months ago
  • Zohra
    Limitləri ləğv etmək lazımdır.Xalqin rifahı bir qrup şəxsin daha konfort həyatından vacibdir. Xalqı daha da yükləmək ədalətdən kənar hərəkətdir.
    9 months ago
  • Həzrətqulu Əhmədov
    Vətəndaşlar üçün elektrik, təbii qaz haqqlarının ödənişi qonşu Türkmənistanda kimi olarsa bu daha ədalətli olar.
    9 months ago
  • RAFAİL
    LİMİTLƏRİN TƏTBİQİ İSTEHSAL SAHƏLƏRİNDƏ VƏ ÖZƏL SEKTORDA TƏTBİQ EDİLMƏLİDİR.ƏHALİ QAZ VƏ İŞIQDAN HEÇ BİR GƏLİR ƏLDƏ ETMİR,ANCAQ ZƏURİ EHTİYACLARINI ÖDƏYİR, ONA GÖRƏ DƏ ƏHALİ SEKTORUNDA LİMİTLƏR LƏĞV OLUNMALIDIR!
    9 months ago
  • Rafail
    Limitlərin ləğvi ədalət ölçüsü olardı.
    9 months ago