Qazaxda heyvanların peyvəndlənməsi davam edir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda heyvanların peyvəndlənməsi davam edir

Sosial

27 Mart 2019 15:59 750


Cari ilin ilk günlərindən başlayaraq Qazax rayonunda da kənd təsərrüfatı heyvanları arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı“ na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib.

Dövlət Baytarlıq Xidməti (DBX) “Yeni Sabah”a bildirilib ki, hazırda rayon ərazisində tədbirlər davam etdirilir və cari ilin müvafiq dövrü ərzində Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən 22867 baş iribuynuzlu, 1022 baş təkdırnaqlı heyvanda qarayara, 3194 baş sahibli itdə quduzluq, 159768 baş körpə ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1024 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. pizza

Fevraldan isə Qazax rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri başlanılıb. Artıq 28371 baş iribuynuzlu heyvanda peyvəndləmə aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir “ rejiminə riayət olunmaqla həyata keçirilir.

Ümumiyyətlə, Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun 23 kənd və 1 şəhərində vətəndaşların mülkiyyətində saxlanılan 31200 baş iribuynuzlu, 147000 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı heyvan, 5000 baş sahibli it və 285000 baş ev quşuna baytarlıq xidməti göstərilir. Heyvanlara göstərilən xidmətlər Qazax Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi vasitəsi ilə həyata keçirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!