Qazaxda körpənin ölümündə həkimlər günahkardır - Prokurorluq

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda körpənin ölümündə həkimlər günahkardır - Prokurorluq

Maraqlı

22 Oktyabr 2022 10:32 836


Qazax rayon sakini Könül Şabanovanın 19 iyul .06.2022-ci il tarixdə “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Yenisabah.az-a Qazax rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

MəlumatıAparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib. Həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib. Toyuqlu pizza

Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

  Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!