Qazaxda mina partlayışı: Birgə məlumat yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda mina partlayışı: Birgə məlumat yayıldı

Hadisə

14 Oktyabr 2024 13:21 663


Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində minaya düşən şəxsin ayağı amputasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü İlkin Amil oğlu Sarıyev heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb: pizza mizza

Hadisə nəticəsində İlkin Sarıyev sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!