Qazaxda su anbarında batan şəxsin kimliyi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda su anbarında batan şəxsin kimliyi məlum oldu

Hadisə

14 İyul 2024 17:08 847


Qazaxda su anbarında batan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa Su anbarının rayonun Bala Cəfərli kənd ərazisinə düşən hissəsində batan şəxs Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğludur.

O Qazaxda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən sonra ailəsi ilə birgə Bala Cəfərli kəndinə gedib və su anbarında çimən zaman batıb. pizza

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!