Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində bu günə qədər ümumilikdə 74,3 ha ərazi minalardan təmizlənib.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Onlardan 933-ü piyada əleyhinə mina, 95-i tank əleyhinə mina, 48-i isə partlamamış hərbi sursatlardır. Toyuqlu pizza
Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Həmin kəndlər mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.
Telegram kanalımız