Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair yekun hesabat hazırlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair yekun hesabat hazırlayacaq

Dünya

07 Avqust 2025 11:09 230


Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

"İstintaq tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq", - Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib. Sezar pizza

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb. Rusiya tərəfi də hadisə ilə bağlı istintaq qrupu yaratdığını bildirib. Lakin istintaqın nəticəsi barədə heç bir məlumat yoxdur.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!