Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

İdman

06 Noyabr 2023 19:35 1063


Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.

Bu barədə “Report”a 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib. pizza hut

Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra “Turan”ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda “Neftçi”də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər “Turan”ın formasını geyinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!