Qazaxıstan polisi onlarla etirazçının “məhv edildiyini” bildirir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan polisi onlarla etirazçının “məhv edildiyini” bildirir

Hadisə

07 Yanvar 2022 07:57 2372


Qazaxıstanda hakimiyyətin sərt tədbirlərinə baxmayaraq etirazların davam etdiyi bildirilir. RIA Novosti agentliyi yerli telekanallara istinadən xəbər verir ki, ölkənin qərbindəki Aqtauda etirazçılar hava limanına gedən yolu kəsiblər.

Janaozen şəhərində üç minədək adamın dinc nümayişə çıxdığı xəbər verilir. Ölkənin ən böyük şəhəri Almatıda yenidən atəş səslərinin eşidildiyi barədə məlumatlar var.

Qazaxıstanın ən böyük şəhəri Almatıda kütləvi iğtişaşlara çevrilmiş etirazların yatırılması zamanı onlarca nümayişçinin həlak olduğu xəbər verilir. Bu barədə məlumatı yanvarın 6-da Qazaxıstanın hakimiyyət orqanları və özünü etirazların müstəqil koordinasiya qərargahının rəisi kimi təqdim edən Jasaral Kuanışalin verib. pizza mizza

Onun sözlərinə görə əsgərlər döyüş güllələrindən istifadə ediblər və azı 30 nəfər həlak olub. Bundan əvvəl Almatı polis idarəsinin sözçüsü onlarca iğtişaş iştirakçısının həlak olduğunu bildirmişdi.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə ölkənin ən böyük şəhəri Almatının əsas meydanı etirazçılardan “təmizlənib”. Rəsmi məlumatda etirazçılar “cinayətkar qruplaşmalar” adlandırılır. Bundan əvvəl Respublika meydanında adamlara atəş açıldığı xəbər verilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!