Qazaxıstan portalları Mehriban Əliyevanın fəaliyyətindən yazdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan portalları Mehriban Əliyevanın fəaliyyətindən yazdı - Foto

Siyasət

30 Avqust 2020 12:10 1568


Qazaxıstanın "Newsroom” və "Saraptime” portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalələr dərc edilib.

Məqalələrdə Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini səciyyələndirən əsas məqamlar oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC-ın "Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsi əsasında hazırlanan yazılarda xüsusilə də onun dünya mədəni irsinin qorunması, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfələr qeyd edilir. Siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyevanın Vətəninin tərəqqisinə xidmət etdiyi, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışdığı vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm işlər gördüyü qeyd olunur. Onun fəaliyyətinin dünyada sülh, sabitlik, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldildiyi bildirilir. Dominos pizza

No description available.

Qeyd edilir ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib.

Bundan başqa, məqalələrdə Birinci vitse-prezidentin rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!