Qazaxıstan sərhədçiləri Xəzər dənizində 4 Azərbaycan vətəndaşını saxladı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan sərhədçiləri Xəzər dənizində 4 Azərbaycan vətəndaşını saxladı

Hadisə

22 Yanvar 2020 11:26 969


Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb.

"Yeni Sabah" bu barədə Qazaxıstanın Sərhəd Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, insident yanvarın 21-dən 22-ə keçən gecə baş verib: Marqarita pizza

“Sərbaz” sərhəd gəmisi Xəzərin dəniz hüdudlarında xidmət apararkən radiolokasiya stansiyası ilə hədəf aşkar edib. Sərhədçilər beynəlxalq kanallarla sual göndəriblər, amma hədəf cavab verməyib. Nəticədə “Sərbaz” hədəfə doğru yollanıb”.

Məlumata əsasən, dayanmaq tələbinə cavab verməyən qayıq cənub-qərb istiqamətində uzaqlaşıb. Bununla əlaqədar sərhəd gəmisi təqibə başlayıb:

“Nəticədə sərhədçilər 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd Azərbaycan vətəndaşını saxlayıblar. “Qazaxıstan Respublikası dövlət sərhədinin qəsdən qanunsuz keçilməsi” maddəsi ilə ilkin istintaq başlayıb”. /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!