Qazaxıstan Transxəzər vasitəsilə neft tədarükünü 3 milyon tona çatdıracaq

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstan Transxəzər vasitəsilə neft tədarükünü 3 milyon tona çatdıracaq

İqtisadiyyat

05 Fevral 2024 15:14 1542


Qazaxıstan 2 il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir.

Yenisabah.az xəbər verir ki, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. 2024-cü il üçün plan 1,5 milyon tondur.

2022-ci ildə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə sonrakı nəqli üçün Tengiz yatağından Bakıya ildə 1,5 milyon ton xammalın göndərilməsini nəzərdə tutan saziş bağlayıblar. Dominos pizza

Transxəzər (CPC) boru kəmərinin Qazaxıstan hissəsinin ötürmə qabiliyyəti ildə 54 milyon tondan 72,5 milyon tona qədər artırılıb. Bununla yanaşı, Çimkənd neft emalı zavodunun genişləndirilməsi istiqamətində də fəal iş aparılır. Nəticədə, onun gücü ildə 6 milyon tondan 12 milyon tona yüksələcək.

Bundan əlavə, Kaşaqan, Qaraçaqanak və Janaozendə yeni qaz emalı zavodlarının tikintisi üzrə işlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!