Qazaxıstanda 500 nəfər həbs olunub

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda 500 nəfər həbs olunub

Dünya

10 İyun 2019 01:52 1041


Bu gün Qazaxıstanda icazəsiz aksiyada iştirak edən 500-ə qədər şəxs saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bunu Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında bildirib.

M. Kojayev deyib ki, küçələrdə icazəsiz aksiyaların keçirilməsi ilə vəziyyəti gərginləşdirmək cəhdi olub, 500-ə qədər şəxs saxlanılıb: "Həmin şəxslərin saxlanılması zamanı xüsusi vasitələrdən istifadə edilməyib. Ümumilikdə isə bu gün Prezident seçkiləri sakit keçib, seçki məntəqələrində pozuntulara yol verilməyib". pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!