Qazaxıstanda referendum keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda referendum keçirilir

Dünya

15 Mart 2026 10:20 296


Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək.

Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb. Sezar pizza

Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb.

Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!