Qazaxıstanda yol qəzasında 10 zəvvar öldü

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda yol qəzasında 10 zəvvar öldü

Dünya

11 Sentyabr 2025 22:10 235


Qazaxıstanın Mangistau vilayətində baş verən yol qəzasında 10 nəfər ölüb.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, "Toyota Hiace" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Maşında sərnişinlər olub.

Qəza nəticəsində 8 nəfər yerində, daha 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü və 2 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. pizza mizza

Ölkənin Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirib ki, yol qəzasının qurbanları zəvvarlar olublar. Zəvvarlar Beket-Ata pirinə gedirmişlər. Ölənlərin və xəsarət alanların ailələrinə lazımi yardımın göstəriləcəyi vəd edilib. Fəaliyyətlərin əlaqələndirilməsi üçün gecə-gündüz fəaliyyət göstərəcək operativ qərargah yaradılıb.

Daxili işlər naziri cinayət işinin istintaqını şəxsi nəzarətinə götürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!