Millətlər Liqasının qrup mərhələsində Azərbaycanın rəqibi olan Qazaxıstan millisinin baş məşqçisi vəzifəsi boş qalıb.
Yenisabah.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yerli federasiya baş məşqçi vəzifəsini icra edən Andrey Karpoviçlə yolları ayırıb. Onunla müqavilənin uzadılmayacağı bildirilib.
Məlumata görə, Qaxıstan Futbol Federasiyası baş məşqçi vəzifəsini Qriqori Babayana həvələ etmək fikrindədir. 42 yaşlı erməni mütəxəssis hazırda Rusiyanın SSKA klubunda Aleksey Berezutskinin köməkçisi işləyir. Onun klubla müqaviləsi bu ilin mayında başa çatır. Q.Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisinin məşqçilər korpusunda yer alıb. O, eyni zamanda “Astana” və “Tobol”da çalışıb. Dominos pizza
Qeyd edək ki, millimizin qapıçısı Emil Balayev məhz Babayanın “Tobol”a baş məşqçi təyinatından sonra – 2019-cu ildə həmin komandanı tərk etmişdi.
Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Slovakiya və Belarus Millətlər Liqasının C liqasının 3-cü qrupunda mübarizə aparacaq. Qazaxıstanla Azərbaycan arasında oyunlar bu ilun 3 iyun (səfərdə) və 25 sentyabr (Bakıda) tarixlərində keçiriləcək.\Qol.az
Telegram kanalımız