Qazaxıstanlı ekspert: “İlkin hesabatdakı elementlər “Pantsir-S1”in döyüş başlığına bənzəyir”

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanlı ekspert: “İlkin hesabatdakı elementlər “Pantsir-S1”in döyüş başlığına bənzəyir”

Hadisə

06 Fevral 2025 17:13 221


Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü il dekabrın 25-də Aktau hava limanına yaxınlaşarkən qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzasını araşdıran komissiyanın ilkin hesabatını dərc edib.

AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabata Qazaxıstan ekspertləri də münasibət bildiriblər.

Yenisabah.az BES.media-ya istinadla xəbər verir ki, aviasiya eksperti Abul Kekilbayev təyyarənin idarəetmə sistemlərində xarici elementlər – hidravlika, aleronlar, trimmerlər – aşkar olunduğu üçün xarici təsirlə bağlı versiyanın təsdiqləndiyini qeyd edib. Dördpendirli pizza

“Sadə dillə desək, onları “diqqəti cəlb edən elementlər” adlandıra bilərəm. Lakin bu təəccüblü elementlərin mənşəyi məndə suallar yaradır”, - deyə Kekilbayev vurğulayıb.

Aviasiya eksperti ilkin hesabatda qeyri-müəyyən ifadələrdən istifadə olunmasına da diqqət çəkdirib.

“Belə halları siyasətдə qarışdırmaq olmaz, ammabu hesabatda siyasətin mövcudluğunu görürəm. Sənəddə yumşaq ifadələrdən istifadə olunub. Məsələn, birbaşa yazmaq olardı ki, bunlar çox güman ki, döyüş elementləri və ya zərbə zərrəcikləridir. Amma komissiya bundan yayınıb, “xarici elementlər” kimi qeyri-müəyyən ifadələr işlədib”.

Aviasiya ekspertinin sözlərinə görə, komissiyanın yekun hesabatı 12 ay ərzində gözlənilir.

Hərbi pilot və analitik Yermek Seitbattalov isə əksinə, komissiyanın ilkin hesabatın mətnində ehtiyatlı yanaşmasını düzgün hesab edir.

“Onlar düzgün iş görürlər. Hələlik bu, ilkin hesabatdır. Ona görə də düzgün yazırlar. Çünki həmin çubuğa bənzər ursat nümunələrini ekspertizaya göndəriblər. Buna hərbi ekspertlər cavab verməlidirlər”, - deyə o izah edib.

Yermek Seitbattalov zərərin zenit sistemlərinin işləməsi nəticəsində də ola biləcəyini ehtimal edib:

“Daha əvvəl media Çeçenistan hakimiyyətinin hava hücumundan müdafiə sistemləri – “Pantsir-S1” aldığını bildirdi. Onun lüləli zenit silahları və raketləri var. Raketlərin çəkisi 90 kq, bunun 20 kq-ı döyüş başlığıdır. O, çubuqlu sursatla doldurulur – bu, armaturları, mismarları, metal hədəfləri kəsə bilər, havanı zədələyir”.

Ekspert qeyd edib ki, hesabatda aşkar edilən zərbə elementləri zahirən “Pantsir-S1” raketinin döyüş başlığına bənzəyir.

“İlkin hesabatın 27-ci səhifəsindəki fotoşəkillər göstərir ki, sursat “Pantsir-S1” raketinin döyüş başlığına çox bənzəyir. Amma zərbə, istilik və ya mexaniki təsir nəticəsində o, formasını dəyişə bilərdi. İddiasız deyəcəyəm: çox oxşardır”, - o əlavə edib.

Yermek Seitbattalovun versiyasına görə, “Kovyor” (“Xalça”) rejimi vaxtında elan olunmaya bilərdi ki, bu da faciəvi nəticələrə gətirib çıxarıb. Qroznıya 2 eniş cəhdi zamanı “Xalça” rejimi hələ işə salınmamışdı, baxmayaraq ki, hava hücumundan müdafiə sistemi artıq işə başlamış ola bilərdi.

Ekspert ekipajın marşrutu niyə dəyişdirdiyini də açıqlayıb: “Aerodrom seçimi bir neçə amildən asılı idi: məsafə, hava şəraiti və təyyarədə vəziyyətin inkişafı”.

“Bu aerodromlar hadisə yerindən müxtəlif məsafələrdədir. Ya çatacaq, ya da çatmayacaqdılar, - məlum deyil. İkincisi, hava şəraiti. Üçüncüsü, təyyarədə vəziyyət pisləşməyə başlayıb. Yəqin ki, uçduqları hündürlükdə qala bilməyiblər”, - deyə o əlavə edib.

Seitbattalovun sözlərinə görə, ekipaj əvvəlcə Mineralnıye Vodını seçib, lakin sonra çətin şəraitdə dağlıq ərazini keçməyin təhlükəli olduğunu anlayıb. Növbəti variant Mahaçqala olub, lakin sonradan Bakıya üz tutmaq qərara alınıb. Sonra vəziyyətin kritikliyini dərk edən ekipaj Aktaunu seçib, çünki düz ərazi enişi daha təhlükəsiz edib:

“Aktauda relyef daha düzdür - dənizin üstü ilə rəvan enmək və eniş yerinə dönmədən yaxınlaşmaq mümkün idi. Amma bu alınmadı: onlar yüksək hündürlükdə çıxdılar və enişlə “səkkiz vurmalı” oldular. O an, görünür, bütün hidravlik sistem artıq sıradan çıxıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!