Qazaxlar qəzada yaralananlara 800 litr qan verib

saytların hazırlanması

Evə çatdırılma

Qazaxlar qəzada yaralananlara 800 litr qan verib

Dünya

28 Dekabr 2024 15:48 444


Aktauda baş vermiş təyyarə qəzası qurbanları üçün Qazaxıstanın bütün qan mərkəzlərində 1,5 mindən çox insan 800 litr qan verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Akmaral Əlnəzərova "İnstagram" səhifəsində açıqlayıb. 

Onun sözlərinə görə, bir neçə dəqiqə ərzində qəza yerinə gələn təcili tibbi yardım briqadalarının koordinasiyalı və vaxtında tədbirləri nəticəsində təyyarə qəzasında yaralanan 29 nəfərin həyatını xilas etmək mümkün olub. pizza hut

Nazir həmçinin qeyd edib ki, müxtəlif bölgələrdən olan qazaxıstanlılar da biganə qalmayıblar və təbii fəlakətə dərhal reaksiya veriblər: "İki gün ərzində respublika üzrə qan mərkəzlərində 1,5 mindən çox insan 800 litr qan verib". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!