Qazaxlar yeni prezidentini seçir

saytların hazırlanması

Evə çatdırılma

Qazaxlar yeni prezidentini seçir

Dünya

09 İyun 2019 10:30 957


Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. 

“Yeni Sabah” xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb, 20:00-dək davam edəcək. Seçicilərin səs verməsi üçün ölkə ərazisində və kənarda 9968 seçki məntəqəsi fəaliyyət göstərir. 11 milyon 814 min 19 vətəndaşın səsvermə hüququna malik olduğu müəyyən edilib.

Prezident postu uğrunda Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayev daxil olmaqla yeddi namizəd mübarizə aparır. pizza hut

Qeyd edək ki, Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səsi toplamasa, ikinci tur keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!