Qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı 

saytların hazırlanması

Evə çatdırılma

Qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı 

Hadisə

27 İyun 2024 11:12 592


Ağdamda qazi ölümlə nəticələnən yol qəzası törədib. 

Hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb. 

İkinci Qarabağ müharibəsi iştirakçısı Rüstəmov Rövşən Elşən oğlu sürücülük hüququ olmadan idarə etdiyi 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz E 350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan 02-BU-150 dövlət qeydiyyat nişanlı Əliyev Vidadi Hüseyin oğlunun idarə etdiyi "VAZ-21063" markalı avtomobillə 77-YD-327 qeydiyyat nişanlı avtomobillə toqquşub.  pizza

Nəticədə "VAZ-21063" avtomobildə olan sərnişin qadınlardan biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıblar. 

Qeyd edək ki, E.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.//Lent.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!