Avropada qazın qiyməti 100 dollardan çox ucuzlaşacaq.
Musavat.com xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O əlavə edib ki, Avropada alternativ və bərpa edilən enerjidən istifadə kütləviləşir: "Bu səbəbdən də qaz anbarlarında kifayət qədər ehtiyat qalıb. Almanyada istehsal edilən illik elektirik enerjisinin yarısı bu mənbələrdən formalaşıb".
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinin analitiklərinin proqnozuna görə, 2024-cü ildə Avropada təbii qazın birja qiymətləri 2023-cü ilin orta göstəricisi ilə müqayisədə 20 faizdən çox aşağı düşə bilər. Ekspertlərin gözləntilərinə görə, bu il Niderlandda qazın orta qiyməti min kubmetr üçün 353 dollar təşkil edəcək. Marqarita pizza
Beləliklə, 2024-cü ildə Avropada qazın orta qiyməti min kubmetr üçün 106 dollar ucuzlaşa bilər.
Telegram kanalımız