Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

Hadisə

06 May 2023 17:28 1439


“Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi  vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma başladılıb və N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb: Pepperoni pizza

“Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!