“Qəbələ” 5 futbolçu ilə yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” 5 futbolçu ilə yollarını ayırdı

İdman

30 May 2025 01:27 571


I Liqanın çempionu "Qəbələ" 5 futbolçu ilə yollarını ayırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələri uzatmayıb. pizza mizza

Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti isə başa çatıb.

Qeyd edək ki, bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən "qırmızı-qaralar"ın formasını geyinirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!