“Qəbələ” baş məşqçisi ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” baş məşqçisi ilə bağlı qərar verdi

İdman

27 May 2024 21:37 815


"Qəbələ" klubu baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.

Klubdan Yenisabah.az-a verilən məlumata görə, gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

55 yaşlı çalışdırıcı və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər "Qəbələ"də qalacaqlar. Pepperoni pizza

Qeyd edək ki, K. Sxadadze 2024-cü il fevralın 25-də "qırmızı-qaralar"ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda "Standard" (2008) və "İnter"in (2009-14), vətənində "Lokomotiv" (Tbilisi, 2001-02), "Dinamo" (Tbilisi, 2005-06, 2021-22), "Sioni" (2006-07), Qazaxıstanda "Kayrat" (2016-17), "Ordabası" (2018-20), "Kaspi" (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!