“Qəbələ“ braziliyalı futbolçu ilə yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“ braziliyalı futbolçu ilə yollarını ayırdı

İdman

07 İyun 2023 12:11 788


“Qəbələ” futbolçusu Ramon Maçado ilə yolları ayırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. 

2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.  pizza

Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb. 

“Qəbələ” İdman Klubu Ramon Maçadoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb. 

Qeyd edək ki, daha əvvəl "Qəbələ" Məqsəd İsayevlə də yolları ayırdığını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!