“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yenilədi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yenilədi

İdman

14 İyun 2023 22:58 1029


"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

Klubdan Yenisabah.az-a verilən məlumata görə, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

İsgəndərov əyalət təmsilçisinin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə “qırmızı-qara” forma ilə 15 matça çıxıb. Pepperoni pizza

Qeyd edək ki, "Qəbələ" bunadək dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilənin müddətini uzadıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!