“Qəbələ” Elmar Baxşıyevlə müqaviləni uzatdı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” Elmar Baxşıyevlə müqaviləni uzatdı

İdman

12 İyun 2023 20:12 734


“Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

"Qırmızı-qaralar"dan Yenisabah.az-a verilən məlumata görə, 43 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.

Əvvəlki sözləşmələri 2022/2023 mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm əyalət təmsilçisində işləyəcəklər. Dominos pizza

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin sükanı arxasındadır. O, başa çatan mövsümdə komanda ilə Azərbaycan Kubokunun qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!